"Napoli" futbolçusu Covanni di Lorenso ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

33 yaşlı müdafiəçi ilə anlaşmanın müddəti 2030-cu ilin yayına kimi artırılıb.

 

Qeyd edək ki, Lorenso 2019-cu ildən "Napoli"də çıxış edir. O, Neapol təmsilçisinin kapitanıdır. İtaliyalı futbolçu "mavilər"lə 307 oyunda 20 qol vurub, 42 məhsuldar ötürmə edib.