"Neftçi"nin sabiq futbolçusu Sabir Buqrin Premyer yenidən Liqamızda oynamaq imkanı qazanıb. Bu baradə Sport24.az-a adının açıqlanmasını istəməyən agent məlumat verib.

Premyer Liqada çıxış edən komandalardan biri onu heyətinə cəlb etmək istəyib. Lakin maaş məsələsində mərakeşli yarımmüdafiəçi ilə ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu "Neftçi" ilə ölkə çempionu olub.