Bu gün Azərbaycan 1-ci liqasında 2026/27 mövsümü start götürüb. Sport24.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 3 matç keçirilib. MOİK "Şahdağ Qusar"la, "Bakı Sportinq" "Karvan-Yevlax"la, "Xankəndi" isə "Səbail"lə üz-üzə gəlib. 

 

3 sentyabr (cümə axşamı)

 

17:00. MOİK – "Şahdağ Qusar" - 0:1

 

Qol: J.Zenqo, 14

Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə

Binə qəsəbə stadionu

 

17:00. "Bakı Sportinq" – "Karvan-Yevlax" - 0:3

 

Qollar: S.Abdullayev, 4, E.Bayramov, 54, E.Sillas, 80

Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev

"Baku Sportinq Arena"

 

17:00. "Xankəndi" – "Səbail" - 1:1

 

Qollar: M.Musazadə, 33 // R.Seyidov, 13

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov

Şamaxı OİK stadionu