Sentyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov qurumun dəstəyi ilə ötən ay xaricdə müxtəlif beynəlxalq platformalarda iştirak etmiş gənclərlə bir araya gəlib. Sport24.az xəbər verir ki, nazir gəncləri qazandıqları nailiyyətlər münasibətilə təbrik edib, onların qatıldıqları proqramlar və topladıqları təcrübə ətrafında geniş fikir mübadiləsi aparıb.
ABŞ, Çin, Cənubi Koreya, Qazaxıstan və Özbəkistanda təşkil olunan mötəbər tədbir və turnirlərdə ölkəmizi təmsil edən gənclər öz təəssüratlarını bölüşərək, əldə etdikləri uğurlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı gənclərin təşəbbüs və təkliflərini dinləyən Fərid Qayıbov onlara gələcək fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayıb.