Gənclər və İdman Nazirliyində Azərbaycan ilə "SportAccord" qurumu arasında əlaqələrin genişləndirilməsi istiqamətində vacib görüş keçirilib. Sport24.az xəbər verir ki, nazir Fərid Qayıbov "SportAccord"un rəhbəri Uğur Erdenerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Danışıqlar zamanı ölkəmizdə irimiqyaslı beynəlxalq idman turnirlərinin təşkili, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və digər prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşün əsas mövzularından biri də gələn il Bakıda təşkil olunacaq "SportAccord World Sport & Business Summit"ə hazırlıq prosesi olub. Tərəflər tədbirin yüksək standartlara uyğun keçirilməsi və növbəti mərhələdə atılacaq addımları nəzərdən keçiriblər.

 

Görüşdə həmçinin nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev və "SportAccord"un icraçı direktoru Kelli Firvezer iştirak ediblər.