Çimərlik futbolu üzrə millimiz dünya reytinqində altı pillə irəliləyib. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb.

 

Yığmamı 379,25 xalla dünya sıralamasında 29-cu, Avropada isə 12-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, əvvəlki reytinqdə Azərbaycan millisi dünyada 35-ci, Avropada isə 13-cü yerdə olub.