Yeni mövsümdə II Liqada mübarizə aparacaq "Zəngəzur" heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, klub Cavid Tağıyev, Nurlan Novruzov, Şahin Zəkiyev, Tural Qürbətovla müqavilə imzalayıb.

 

Tağıyev karyerası ərzində "Qarabağ", "Zirə" kimi klublarda çıxış edib. O, Azərbaycan yığmasında 2 oyunda forma geyinib.

 

Qeyd edək ki, Zəkiyev "İmişli", "İrəvan", Novruzov "Sumqayıt", "Bakı", Qürbətov isə "Bakı", "Sabah", "Kəpəz", "Xankəndi" kimi klublarda top qovub.