"Şamaxı"dan ayrılan Alfonso Msanqanın yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, tanzaniyalı yarımmüdafiəçi "Kabilie"yə keçib.
Bu barədə Əlcəzair klubunun mətbuat xidməti məlumat yayıb. Msanqa ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Msanqa 2025-ci ilin yanvarından "Şamaxı"da çıxış edirdi. O, Premyer Liqada 45 oyunda 5 qol vurub.