"Sanderlend" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lion"dan Malik Fofananı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belçikalı vingerlə anlaşmanın detalları açıqlanmayıb.
İngiltərə mətbuatının xəbərinə görə, "Sanderlend" 21 yaşlı futbolçu üçün bonuslarla birlikdə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fofana 2024-cü ildən "Lion"un formasını geyinirdi. O, komandada 94 oyunda 10 qola imza atıb. Vinger Belçika millisinin də üzvüdür.