Səudiyyə Ərəbistanının "Əl-İttihad" və "Diriya" klubları "Aston Villa"nın vingeri Leon Beylini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

28 yaşlı futbolçu bu yay komandadan ayrılmağa hazırdır və hazırda fərdi məşqlər edir. Beyli daha əvvəl "Hall Siti"yə keçməyə yaxın olsa da, tərəflər şəxsi müqavilənin şərtlərində razılığa gələ bilməyib.

"Əl-İttihad" və "Diriya"ın yamaykalı futbolçu ilə bağlı danışıqlara başlamaq üçün vaxtı var

Qeyd edək ki, Səudiyyə Ərəbistanında "transfer pəncərəsi" sentyabrın 6-da bağlanacaq.