"Arsenal" yarımmüdafiəçisi Martin Subimendini digər London təmsilçisi "Çelsi"yə satmaqdan imtina edib. Sport24.az "Sun" nəşrinə istinadən xəbər vərir ki, "zadəganlar"ın baş məşqçisi Xabi Alonso "Real Sosyedad" B komandasından yaxşı tanıdığı yarımmüdafiəçini komandasında görmək istəyir.
Lakin "topçular" bu təklifi geri çevirib. subimendi cari mövsümdə əsas heyətdə əvvəlki kimi tez-tez şans qazanmasa da, klub rəhbərliyi ona mövsümün qalan hissəsində mühüm rol həvalə olunacağını bildirib.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta da ispaniyalı futbolçunun komanda üçün əhəmiyyətini vurğulayaraq, onun ötən mövsüm klubun ən yaxşı oyunçularından biri olduğunu xatırladıb.