"Əl-Qədsiya"nın müdafiəçisi Sufyan Əl-Karuani "Benfika"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yaıb.

 

25 yaşlı futbolçu 2026/27 mövsümünün sonuna qədər icarə əsasında "qartallar"ın formasını geyinəcək. Mərakeşli yeni klubunda 34 nömrəli formanı seçib.

 

Qeyd edək ki, Əl-Karuani bu yay "Utrext"dən "Əl-Qədsiya"ya keçib, lakin Səudiyyə Ərəbistanı klubunda bir oyun belə keçirməyib. O, ötən mövsüm bütün tirnirlərdə 50 oyun keçirib, 4 qol vurub və 18 məhsuldar ötürmə edib.