"Liverpul" "transfer pəncərəsi"nin son günündə "Çelsi"nin müdafiəçisi Malo Qustonu heyətinə qatmaq üçün son cəhdini edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabris Hokins məlumat yayıb.
Məlumata görə, Mersisayd təmsilçisi 23 yaşlı fransalı futbolçunu yalnız satınalma öhdəliyi olmayan icarə əsasında transfer etmək istəyib. Lakin "Çelsi" Qustonun yalnız birdəfəlik satışı ilə bağlı təkliflərə açıq olub.
Tərəflər arasında razılıq əldə olunmayıb. "Liverpul"un isə Qustonu birdəfəlik transfer etmək üçün kifayət qədər maliyyə imkanına malik olmadığı bildirilib.
Beləliklə, Malo Qusto "Çelsi"də qalıb.