"Real"ın keçmiş yarımmüdafiəçisi Dani Sebalyos "Betis"lə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Sevilya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

29 yaşlı ispaniyalı futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir.

 

Sebalyos əvvəllər 2014-cü ildən 2017-ci ilə qədər də "Betisin" əsas komandasında oynayıb və Sequndanın çempionu olub. O, 2017-ci ildə "Real"a keçib.

 

Qeyd edək ki, yarımmüdafiəçi "Real"da ümumilikdə 215 oyun keçirib, 7 qol vurub və 16 məhsuldar ötürmə edib. Sebalyos "Karl klubu"nun heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olmaqla yanaşı, 2 dəfə də la Liqanı qazanıb.