"Zirə" klubu heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliyanın "O Jogo" nəşri məlumat yayıb.
"Qartallar" "Şaveş"dən "Ktatau" ləqəbi ilə tanınan braziliyalı yarımmüdafiəçi ilə anlaşmağa yaxındır.
Qəsəbə təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün Portuqaliya klubuna 100-150 min avro arasında ödəniş edəcək.
Braziliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanması nəzərdə tutulub.