"Botafoqo" yarımmüdafiəçisi Mateus Martinsin tibbi müayinədən keçə bilməməsi səbəbindən Moskva "Dinamo"suna transferinin baş tutmamasını təəccüblə qarşılayıb. Sport24.az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Braziliya klubu 23 yaşlı oyunçu üzərində aparılan müayinələr barədə məlumata malikdir. "Botafogo" "Dinamo"nun diaqnozu ilə qəti şəkildə razılaşmayıb. Çünki Martins müntəzəm olaraq Brazliya klubunun heyətində meydana çıxıb.

 

Braziliya təmsilçisi müvafiq tədbirləri nəzərdən keçirir və hücumçunun şəklinin hava limanında və Rusiya mətbuatında icazəsiz istifadəsinə görə Rusiya klubuna qarşı məhkəmə iddiası qaldırır.

 

Qeyd edək ki, Martins bu mövsüm bütün turnirlərdə 36 oyunda forma geinib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. "Dinamo" yarımmüdafiəçiyə görə "Botafoqo"ya 7 milyon avro ödəməli idi.

Transfermarkt oyunçunun dəyərini 6 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm o, bütün yarışlarda 36 oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib.