"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliott karyerasını "Valensiya"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ingilis futbolçu mövsümün sonuna qədər icarə əsasında "yarasalar"ın formasını geyinəcək. icarədə qalacaq.
Qeyd edək ki, Elliott ötən mövsümü icarə əsasında "Aston Villa"da keçirib və bütün turnirlərdə cəmi doqquz oyunda iştirak edib və bir qol vurub.