İspaniyanın "Deportivo" klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi "Barselona"dan Mark Kasadonu, "Atletiko"dan isə Xose Mariya Ximenesi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu icarə əsasında komandaya qoşulub.
"Deportivo" Kasadonu birdəfəlik transfer etmək hüququna da malikdir. Klub bunun üçün 30 milyon avro ödəməli olacaq.
22 yaşlı futbolçu ötən mövsüm "Barselona"da 24 oyuna çıxıb.
Qeyd edək ki, Ximenesin müqaviləsində isə satınalma bəndi yer almayıb. Müdafiəçi ötən il "Atletiko"da 16 oyunda meydanda olub.