"Mançester Yunayted" "Sabah"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda bəzi futbolçularının xidmətindən yararlana bilməyəcək. Sport24.az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın heyətində bir neçə oyunçu zədə səbəbindən sıradan çıxıb.

 

Bunlar Amad Diallo, yeni transfer Karlos Baleba və Matteys de Liqtdir. Hər üç futbolçunun oktyabra qədər yaşıl meydanlara qayıtması gözlənilmir. Bundan əlavə, ön çarpaz bağlarından zədə alan Manuel Uqarte də uzun müddət komandasına kömək edə bilməyəcək.

 

Əvəzində, Meyson Maunt məşqçilər korpusunun qərarından asılı olaraq "Sabah"la görüşdə forma geyinə bilər.

 

Qeyd edək ki, "Mançester Yunayted" – "Sabah" oyunu sentyabrın 10-da keçiriləcək.