"Kəpəz" Misli Premyer Liqasının IV turunda "Şamaxı"nı qəbul edəcək. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək oyun üçün dünən satışa çıxan biletlərdən artıq 4000-i satılıb.

 

Oyun gününə qədər rəqəmlərin daha da artacağı gözlənilir.

 

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək "Kəpəz" – "Şamaxı" oyununa saat 20:15-də start veriləcək.