UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab matçında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub. Sport24.az xəbər verir ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan müdafiəçinin sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.
Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.