Futbol üzrə Türkiyə I Liqasında V turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib.


Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ozan da bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.

 

5 turdan sonra 4 xal toplayan "Vanspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.