Azərbaycanın qızlar və qadınlardan ibarət boks üzrə yığma komandaları hazırlıqların yeni mərhələsinə start verib. Məşqlər baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında paytaxtda təşkil olunur. Sport24.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən beynəlxalq xarakterli toplanışda təmsilçilərimizlə yanaşı, Türkiyə və Belarus milli komandaları da yer alacaq.
Təxminən 30 boksçunun cəlb olunduğu hazırlıq prosesində əsas diqqət texniki və taktiki gedişlərin təkmilləşdirilməsinə yönəldiləcək. Gün ərzində 2 dəfə məşqə çıxacaq komandalar toplanışın sonunda yoxlama döyüşlərində qüvvələrini sınayacaqlar.
Birgə hazırlıq prosesinə sentyabrın 14-də yekun vurulacaq.
Türkiyə seçməsinin heyəti Bakıdakı təlim-məşq toplanışına sentyabrın 5-də daxil olacaq.