"Sabahın Ulduzları" Bakı kubokunda U-15 yaş qrupunda 8-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, tur çərçivəsində daha üç qarşılaşma baş tutub.

Qeydə alınan nəticələr:

 

EFA – Qarabağ 3:2

Qollar: Tural Zahidov, 13, Şahin Qasımzadə, 28, 77 – Yəhya Timuçin, 49, Fərid Yarəliyev, 78

Baş hakim: Səbuhi İbrahimzadə

Köməkçi hakimlər: Təhmin Cəlilbəyli, Samir Cabbarov

Dördüncü hakim: Ülvi Əlizadə

Hakim inspektor: Anar Salmanov

BFF nümayəndəsi: Məhərrəm Əliyev

 

Marafon – Sumqayıt 1:5

Qollar: Davud Kələntərli, 63 – Muhamməd Tapdıqlı, 22, 77, Elcan Quliyev, 33, 80, Fariz Məmmədli, 46

Baş hakim: Azad Hüseynov

Köməkçi hakimlər: Rasim Axundov, Hüseyn Vəliyev

Dördüncü hakim: Xəqani Sadıxov

Hakim inspektor: Anar Salmanov

BFF nümayəndəsi: Ürfan Məmmədli

 

Qəbələ – Sabah 0:3

Qollar: Yusif Ağayev, 4, Rüfət Həsənov, 68, Artyom Solovyov, 80

Baş hakim: Fuad Mirzəyev

Köməkçi hakimlər: Zakir Şükürzadə, Nurlan Əhmədzadə

Dördüncü hakim: Mehdi Yusifov

Hakim inspektor: Elnur Muradov

BFF nümayəndəsi: Fərid Nağdaliyev

 

4 sentyabrda keçiriləcək oyunların cədvəli:

 

"Xan" – "Sumqayıt"

EFA – "Ulduz"

"Zirə" – "Azərbaycan Qartalları"