Türkiyə 1-ci Liqasında V turun oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Bursaspor" doğma meydanda "İstanbulspor"u qəbul edib.

 

Meydan sahibləri Keleçi İheanaçonun dublu, Halil Akbunarın qolu və rəqibin avtoqolu ilə 4:0 hesablı böyükhesablı qələbə qazanıblar. Bursalıların heyətində yer alan Azərbaycan millisinin futbolçusu Toral Bayramov oyuna ehtiyat skamyasından başlayıb və 70-ci dəqiqədə Barış Gökü əvəzləyərək meydana daxil olub.


Türkiyə 1-ci Liqası

 

V tur

 

Bursaspor – İstanbulspor 4:0

 

Qollar: Halil Akbunar, 58, Duran Şahin, 67 (avtoqol), Keleçi İheanaço, 45, 77