Bu gün Kipr Superkubokunun final oyunu keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi "Pafos" klubu həlledici qarşılaşmada "Omoniya" ilə üz-üzə gəlib.
Matç "Pafos"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 74-cü dəqiqədə "Pafos"un futbolçusu Lele vurub.
Qeyd edək ki, Murad bu matçın iştirak ərizəsində yer almayıb.