Misli Premyer Liqasının 4-cü turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün son qarşılaşmasında "Neftçi" "doğma divarlar" arasında "Şəfa"nı qəbul edir.

 

Heç şübhəsiz ki, kağız üzərində qarşılaşmanın favoriti meydan sahibləridir. Yuri Vernidubun çalışdırdığı kollektiv mövsümün ilk 3 oyunundan ikisini qalib başa vurub, yalnız ötən tur "Zirə"yə yenilib. Zaur Həşimovun baş məşqçi olduğu "Şəfa" isə 3-cü turda "İmişli"yə yenilib. "Ağ-qaralar" bu görüşün favoriti kimi görünsə də, uzun fasilədən sonra elitaya dönən "Şəfa" əvvəlki görüşlərdə heç də pis təsir bağışlamayıb, özü barədə "bərk qoz" imicini formalaşdırıb.

 

Qeyd edək ki, hesabat həftəsinə sabah keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, IV tur

20:30. "Neftçi" - "Şəfa" 

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev 
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Novruz Əzimov
Bakı. "Palms Sports Arena".