"Real"ın baş məşqçisi Madrid"in Joze Mourinyo La Liqanın 4-cü turunda "Betis"ə qarşı (0-1) oyunda yarımmüdafiəçi Arda Güleri niyə əvəz etdiyini izah etdi. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb:
"Ardanı əvəz etmək çətin idi, çünki o, çox yaxşı oynayırdı. "Betis"in oyunçuları "Real"ın futbolçularından daha ağıllıdırlar. Oyunun əvvəlində Valverdeyə zərbə endirdiyinə görə rəqibin futbolçusuna sarı vərəqə göstərilməli idi. Onu tez-tez vurudular. Onlar daha ağıllıdırlar və təbii ki, möhtəşəm azarkeşlərinin dəstəyi ilə bu cür nəticəyə nail oldular. Ardanın təhlükəli vəziyyətdə olduğu üçün onu əvəz etməli oldum.
Komandam daha yaxşı təsir bağışladı. Statistikaya baxmamışam, çoxlu qol şansları yaratmışıq. Üç-dörd real şansdan yararlana bilmədik. Rəqibin qapıçısını da qeyd etmək lazımdı, üç-dörd epizodda komandasının xilaskarı oldu. təsirli seyv etdi. Sarı vərəqə alan oyunçuları meydandan çıxardım. Trent və Diomande ilə oynamaq Damfrislə oynamaqdan daha yaxşıdır".
Qeyd edək ki, 3 turdan sonra "Real" 9 xalla turnir cədvəlində ikinci, eyni xala malik "Betis" isə 3-cü pillədədir.