Misli Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Şamaxı" 4:1 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matç haqda fikirlərini bildirib:
"Möhtəşəm stadion. Möhtəşəm azarkeşlər. Hər bir şey çox gözəl idi. Oyun barəsində isə onu deyə bilərəm ki, rəqibin son matçında qələbə qazanmasının onlara motivasiya verəcəyini düşünürdük. Futbolçularım verilən tapşırıqları yerinə yetirə bildi. Onlara qarşıdakı matçlarda uğurlar azulayıram. Analizdən daha çox oyunçularımın bu matça motivasiyası daha yaxşı idi".
- "Şamaxı"nın bu mövsüm üçün hədəfi nədir?
- Demək olar ki, komandanı yenidən toparlamışıq. Premyer Liqada yerimizi möhkəmləndirib, Azərbaycan futboluna yeni adlar bəxş etmək istəyirik.
- Sizcə, qələbədə "Kəpəz"in zəif oyunu, yoxsa sizin daha yaxşı çıxış etdiyinizi demək olar?
- Futbol elə bir şeydir ki, bu gün alına da bilər, alınmaya da bilər. Qolları vaxtında vura bildik və qələbə qazandıq.