Qadın futbolu üzrə UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, Nyonda keçirilən püşkatmada "Barselona" və "Real"ın altı rəqibi müəyyənləşib.

 

Son Çempionlar Liqasının qalibi olan "Barselona" "Arsenal", "Bavariya", "Paris FC", "Roma", "Servett" və "Köge" ilə qarşılaşacaq. Kataloniya təmsilçisi turnirə əsas favoritlərdən biri kimi başlayacaq.

 

"Real" isə PSJ, "Bavariya", "Paris FC", "Roma", "İnter" və "Mançester Siti" ilə üz-üzə gələcək. Madrid klubunun rəqibləri arasında xüsusilə "Mançester Siti" və PSJ diqqət çəkir.

 

Yeni formata əsasən, liqa mərhələsində 18 komanda iştirak edir. Hər klub altı fərqli rəqiblə qarşılaşacaq - üç oyunu evdə, üç oyunu isə səfərdə keçirəcək. İlk dörd yeri tutan komandalar birbaşa 1/4 finala yüksələcək, 5-12-ci yerlərin sahibləri isə pley-off mərhələsində mübarizə aparacaqlar.

 

Liqa mərhələsi sentyabrın 22-23-də başlayacaq və dekabrın 16-da yekunlaşacaq. Turnirin finalı 2027-ci ilin mayında Varşavadakı "Narodowy" stadionunda keçiriləcək.