Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 4-cü tura start verilir. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Günün ilk matçı Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir. Mövsümə uğursuz başlayan meydan sahibləri artıq baş məşqçi Kaxaber Tsxadadze ilə tolları ayırıb. "Qəbələ" "İmişli" ilə görüşdə uğursuz çıxışa son qoyub azarkeşlərini sevindirmək istəyir. Qonaqlar isə rəqibdən fərqli yeni "futbol ili"nə heç də pis başlamayıb. Fərid Namazovun baş məşqçi olduğu kollektiv ilk 3 turdan sonra 4 xalla tur cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək

 

Misli Premyer Liqası

I dövrə, IV tur

18:00. "Qəbələ" - "İmişli"

 

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov 
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ. Şəhər stadionu.