"Portland"ın hücumçusu Kevin Kelsi "Reyncers"ə keçib. Sport24.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı venesuelalı futbolçu ilə dörd illik müqavilə imzalanıb. "Transfermarkt" portalı bu tranferi 10,75 milyon avro dəyərində qiymətləndirib.

 

Qeyd edək ki, Kelsi MLS klubunda 63 oyunda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. O, Venesuela millisində 6 oyunda meydana çıxıb.