"Cenoa" Robinyo Junioru "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

18 yaşlı braziliyalı futbolçu "Real", "Mançester Siti" və "Milan"ın keçmiş hücumçusu Robinyonun oğludur. İtalyanlar onu 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüb.

 

"Transfermarkt" portalı oyunçunu 5 milyon avro dəyərində qiymətləndirir.

 

Qeyd edək ki, Robinyo böyüklər səviyyəsində bütün turnirlərdə 27 oyun keçirib və bir məhsuldar ötürmə edib.