"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Boka Xuniors"dan Milton Delqado ilə maraqlanır.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Fənərbağça" 21 yaşlı yarımmüdafiəçi üçün danışıqlara başlayıb.

 

"Transfermarkt"da dəyəri 10 milyon avro göstərilən Delqado bu mövsüm Argentina çempionatında 6 matça çıxıb. "Boka Xuniors"un yetirməsi olan yarımmüdafiəçi 2024-cü ildən əsas komandada çıxış edir.