Azərbaycanlı futbolçu Can Hacıyev Türkiyənin "Qalatasaray" klubuna keçib. Sport24.az xəbər verir ki, müdafiəçi "cim-bom"la 2 illik müqavilə imzalayıb.
O, "sarı-qırmızılar"ın U-19 komandasında çıxış edəcək.
Hacıyev bundan əvvəl İsveçrə təmsilçisi "Sion"da forma geyinirdi.
Can müdafiənin həm mərkəzində, həm də sağ cinahında oynamağı bacarır.