Bu gün "Kəpəz" növbəti ev matçına çıxacaq. Sport24.az xəbər verir ki, komanda Misli Premyer Liqasının IV turunda "Şamaxı"nı qəbul edəcək.

 

Gəncə şəhər stadionunda keçiriləcək oyuna maraq böyükdür.

 

Qarşılaşmaya artıq 10 min bilet satılıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

 

Qeyd edək ki, görüşə saat 20:15-də start veriləcək.