"Neftçi"dən ayrılan Kenan Piriçin yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, bosniyalı qolkiper "Riqa"ya keçib.

 

Bu barədə Latviya klubunun mətbuat xidməti məlumat yayıb. "Əlcək sahibi" ilə 1 illik müqavilə imzalanıb.

 

32 yaşlı qolkiper 2025-ci ilin yayından "Neftçi"də çıxış edir. O, "ağ-qara" formada 28 oyuna çıxıb.

 

Paytaxt klubu bir neçə gün əvvəl Piriçlə müqaviləyə xitam vermişdi.