Bu gün I Liqada I tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma baş tutacaq. "Gəncəbasar" "Şimal"ın qonağı olacaq.

 

"Mingəçevir" isə "Zaqatala" ilə üz-üzə gələcək.

 

Azərbaycan I Liqası
I tur

4 sentyabr

 

"Şimal" – "Gəncəbasar"
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

 

"Mingəçevir" – "Zaqatala" 
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). 17:00.