"Qəbələ" – "İmişli" matçını Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların qarşılaşması kimi dəyərləndirmək olar. Hazırkı durumu nəzərə alsaq, "Qəbələ" doğma meydanda oynayır və ötən tur məğlub olub". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

 

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında IV turunda bu gün keçiriləcək "Qəbələ" - "İmişli" və "Kəpəz" - "Şamaxı"matçları haqda fikirlərini bölüşüb:

 

"Bu baxımdan, komanda bu görüşdə mütləq 3 xal qazanmağa çalışacaq. Xal itirəcəkləri təqdirdə vəziyyətləri daha da çətinləşə bilər. Ona görə də düşünürəm ki, "Qəbələ" bu matçda daha çox risk etməyə və hücum futbolu oynamağa çalışacaq. "İmişli" isə ötən tur "Şəfa" ilə matçda göstərdi ki, komanda istəklidir və mübarizə aparmağa hazırdır. Fərid Namazov əsasən yerli futbolçulara üstünlük verir. Bu, alqışa layiq addımdır. Belə komandaların yerli futbolçulara daha çox şans verməsini milli komandanın gələcəyi baxımından müsbət qiymətləndirirəm. Bu, həm futbolçuların inkişafına, həm də Azərbaycan futboluna fayda verə bilər. "Kəpəz" – "Şamaxı" qarşılaşması da maraqlı olacaq. Hər iki klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Buna görə də matçı "6 xallıq" qarşılaşma kimi dəyərləndirmək olar. Bu cür oyunlarda qazanılan hər xal turnir cədvəlində böyük əhəmiyyət daşıyır. "Kəpəz" ötən tur doğma meydanda qələbə qazana bildi. Bu, komanda üçün həm yaxşı nəticə, həm də əlavə motivasiyadır. "Şamaxı" isə son oyununda möhkəm və xarakterli komanda olduğunu sübut etdi. Buna baxmayaraq, görüşdə üstünlüyü Gəncə klubuna verərdim. Doğma meydan amili və son turda əldə olunan qələbə "Kəpəz" üçün müəyyən üstünlük yarada bilər".

 

Qeyd edək ki, "Qəbələ" – "İmişli" matçı saat 18:00-da, "Kəpəz" – "Şamaxı" qarşılaşması isə, 20:15-də start götürəcək.