Didye Diqar "Lans"ın yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Onun müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. Sözləşmənin maliyyə təfərrüatları açıqlanmayıb.

 

40 yaşlı fransız mütəxəssis bundan əvvəl "Havr" klubunda çalışıb. Komanda Liqa 1-də turnir cədvəlinin sonuncu pilləsində qərarlaşdığı bir vaxtda – noyabrın 1-də vəzifəsindən azad edilib. O, həmçinin daha əvvəl "OGC Nice" komandasının "sükanı arxasında" olub. 

 

Qeyd edək ki, Diqar "Lans"ın baş məşqçisi postundan uzaqlaşdırılan Yannik Kaüzakı əvəz edəcək. 41 yaşlı mütəxəssis komandada işlədiyi müddətdə 9 matça çıxıb, 3 qələbə qazanıb və 6 məğlubiyyət alıb.