"Everton" hücum xəttində yaranan problemdən sonra Ceymi Vardini heyətinə qatmağı düşünür. Sport24.az "Sun"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi transfer pəncərəsinin son günündə Betonu satıb.

 

Klub "Monako"nun hücumçusu Folarin Balogunu transfer etmək istəsə də, danışıqlar baş tutmayıb.

 

Nəticədə baş məşqçi Devid Moyesin sərəncamında əsas hücumçu kimi yalnız Tyerri Barri qalıb. 

 

Bu səbəbdən "Everton" azad agent statusunda olan Ceymi Vardiyə üz tutmağı düşünür. 39 yaşlı forvard ötən mövsümün sonunda İtaliyanın "Kremoneze" klubundan ayrılıb və hazırda klubsuzdur. Onun İngiltərəyə qayıtmaq istədiyi bildirilir.

 

Qeyd edək ki, "Everton" transfer pəncərəsinin son günündə Cek Qrilişi də heyətinə qatıb. Bununla yanaşı, İliman Ndiaye "Mançester Siti"yə keçib.