"Liverpul" Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb. Sport24.az xəbər verir ki, "qırmızılar"ın yarımmüdafiəçisi Vataru Endo və hücumçu Federiko Kyeza siyahıdan kənarda qalıb.

 

Onlar azı qışa qədər ÇL oyunlarına çıxa bilməyəcək.

 

Kyeza ötən mövsümdə də bu aqibətlə üzləşmişdi.

 

İtaliyalı vinger 2024-cü ildən "Liverpul"da çıxış edir. 28 yaşlı futbolçu "qırmızılar"la ümumilikdə 50 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasında "Atletiko", LASK, "Vilyarreal", "Fənərbağça", "Brügge", "Portu", "İnter" və "Lans"la qarşılaşacaq.