Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarımıza rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımızın başında yer alıb.

 

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.