Türkiyə Superliqasının IV turunda keçiriləcək "Başakşehir" – "Qalatasaray" matçının hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Kadir Sağlam olacaq.
Ona Mehmet Kısal və Esat Sancaktar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fatih Tokail yerinə yetirəcək.
Görüşdə VAR hakimi isə avstriyalı Manuel Şüttengruber olacaq.
Qeyd edək ki, "Başakşehir" – "Qalatasaray" matçı bu gün – sentyabrın 4-də saat 20:00-da "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.