Bu gün Misli Premyer Liqasının 4-cü turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Masazırda baş tutacaq.
Turun mərkəzi qarşılaşamasında son çempion "Sabah" hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan "Zirə"ni qonaq edir. Meydan sahibləri bir oyun az keçirdiyindən 6 xalla 4-cü yerdədir.
Qeyd edək ki, oyunun start fiti saat 18:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, IV tur
18:30. "Sabah" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Masazır. "Bank Respublika Arena".