Dortmund "Borussiya"sının kapitanı Əmrə Can Çempionlar Liqasının əsas mərhələsi üçün komandanın heyətinə daxil edilməyib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

32 yaşlı müdafiəçi çarmıxvari bağının cırılması səbəbindən martdan bəri sıradan çıxıb. Onun bu mövsüm meydana qayıdacağı gözlənilir.

 

Yeni transfer olunan Yannis Konstantelias və gənc istedad Castin Lerma da "Borussiya"nın heyətində yer almayıb. Hər iki oyunçu hazırda zədəlidir. Dortmund klubu turnirin pley-off mərhələsinə yüksələrsə, yanvarın sonlarında yeni oyunçular qeydiyyatdan keçirə biləcək.

 

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda çərşənbə axşamı evdə İspaniyanın "Vilyarreal" komandası ilə oynayacaq.