UEFA "Fənərbaxça"nın futbolçuları Matteo Qenduzi ilə Meyson Qrinvudu cəzalandırıb. Sport24.az xəbər verir ki, hər iki oyunçu Çempionlar Liqa pley-off mərhələsinin "Lion"la cavab matçındakı (2:1) davranışlarına görə cəzaya məruz qalıblar.

 

Qenduziyə 2-si şərti olmaqla 4 oyunluq cəza verilib. Bundan əlavə, fransalı yarımmüdafiəçi 50 min avro məbləğində cərimələnib. İngiltərəli vinger Qrinvud isə 2 oyunluq şərti cəza alıb. O, həmçinin 30 min avro cərimələnib.

 

Qeyd edək ki, "Lion"u məğlub edən "Fənərbaxça" 18 il sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.