Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət seçmə komandası sentyabrın 6-da İsveçrənin Sant Qallen şəhərində təşkil olunacaq "Swiss Open" beynəlxalq turnirində qüvvəsini sınayacaq. Sport24.az xəbər verir ki, millimiz təcrübəli məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yarışın keçiriləcəyi Sant Qallen şəhərinə yola düşüb.

 

Mötəbər turnirdə ölkəmizin şərəfini Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qoruyacaqlar.