Məşhur Hollivud aktyoru Hyu Cekman İngiltərənin "Norviç" klubunun səhmlərini əldə etməyə çalışır. Sport24.az xəbər verir ki, bu barədə "TalkSPORT" məlumat yayıb.
Uşaqlıqdan "Norviç" azarkeşi olan tanınmış aktyor çoxdan layihə ilə maraqlanır və İngiltərə klubunun səhmlərini almağı düşünür. Hazırda "Norviç"in səhmlərinin 85%-i amerikalı iş adamı Mark Attanasioya məxsusdur.
Qeyd edək ki, "Norviç" hazırda Çempionşipdə çıxış edir.