FİFA rəsmiləri UEFA rəhbərliyinin quruma qarşı böhtan xarakterli ittihamlar kampaniyasına başladığını bildirib. Sport24.az xəbər verir ki, dünya ali futbol qurumu bununla bağlı bəyanat yayıb. 

 

Bəyanatda deyilir: "Bu tələblər başlıqları və iş nömrələri olan hüquqi sənədlər kimi təqdim olunsa da, onlar UEFA-nın FİFA və onun rəhbərliyinə qarşı qarayaxma kampaniyasını dəstəkləyən mətbuat açıqlamalarından başqa bir şey deyil".

 

Qeyd edək ki, bir müddət əvvəl dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdləri ilə bağlı UEFA rəsmilərinin FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət təqibi başlatmağı planlaşdırdığı barədə məlumatlar yayılıb.